Bugünkü oyunlar 1 dəqiqəlik sükutla başlayacaq 

Bugünkü oyunlar 1 dəqiqəlik sükutla başlayacaq 

Hazırda oxunan: Bugünkü oyunlar 1 dəqiqəlik sükutla başlayacaq 

160308

Avro-2024-ün seçmə mərhələsinin bu gün keçiriləcək 7 oyunu 1 dəqiqəlik sükutla başlayacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.  

Qərara səbəb ötən gecə Belçika - İsveç görüşü zamanı Brüsseldə silahlı atışmanın olması və 2 nəfərin həyatını itirməsidir.  

Məlumatda bildirilib: "Bu gecə Avro-2024-ün seçmə mərhələsinin bütün matçlarında Belçika - İsveç oyunu zamanı Brüsseldə baş vermiş terror aktının iki qurbanının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək". 

Xatırladaq ki, ötən gecə Belçika - İsveç oyunu yarımçıq dayandırılıb və təxirə salınıb. Matçın ilk hissəsi 1:1 hesabı ilə yekunlaşmışdı. 
Qeyd edək ki, bu gün Finlandiya - Qazaxıstan, San Marino - Danimarka, Malta - Ukrayna, Serbiya - Monteneqro, Litva - Macarıstan, Şimali İrlandiya - Sloveniya, İngiltərə - İtaliya görüşləri keçiriləcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO