Belçika-İsveç oyununda atışma – İki azarkeş öldü – VİDEO  

Belçika-İsveç oyununda atışma – İki azarkeş öldü – VİDEO  

Hazırda oxunan: Belçika-İsveç oyununda atışma – İki azarkeş öldü – VİDEO  

160183

Belçikanın paytaxtı Brüsselin mərkəzində atışma nəticəsində iki nəfər ölüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Belçika polisi bildirib.  

Yayılan görüntülərdə naməlum şəxsin bir neçə dəfə atəş açdığı əks olunub. Ölənlərin İsveç milli futbol komandasının azarkeşləri olduğu deyilir.  

Polislər hadisə yerini mühasirəyə alıb. Atəş açan şəxsin axtarışları aparılır.  

Xatırladaq ki, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının rəqiblərindən olan Belçika yığması bu gün İsveç millisi ilə qarşılaşırdı. Baş verən hadisə ilə əlaqədar sözügedən oyun fasilədən sonra davam etdirilməyib. 
 

Rəşad Rafiqoğlu, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO