Baş məşqçi: “

Baş məşqçi: “"Qarabağ" Avstriyada tanınır"

Hazırda oxunan: Baş məşqçi: “"Qarabağ" Avstriyada tanınır"

160162

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Bayer" (Almaniya) - "Qarabağ" matçı haqda fikirlərini bildirib. 

Bizim.Media xəbər verir ki, almaniyalı mütəxəssis bu gün Bakıda Azərbaycan millisi ilə keçirilən görüşdən sonra təşkil edilən mətbuat konfransında bu haqda sualı cavablandırıb.  

O Leverkuzen təmsilçisinin hazırda yaxşı formada olduğunu və "Qarabağ"ın da Avstriyada tanındığını deyib: 

"Qarabağ"la maraqlanırıq, məlumatımız var. "Bayer" indi yaxşı formadadır, Bundesliqada yaxşı nəticələr əldə edirlər. "Qarabağ" "Bayer"dən xal alacaq ya yox, bunu zaman göstərəcək.

Avstriyada da Azərbaycan klubları izlənilir, "Qarabağ" da tanınır". 

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO