“Neftçi” “Turan Tovuz”un sabiq futbolçusu ilə maraqlanır

“Neftçi” “Turan Tovuz”un sabiq futbolçusu ilə maraqlanır

Hazırda oxunan: “Neftçi” “Turan Tovuz”un sabiq futbolçusu ilə maraqlanır

160031

"Neftçi"nin transfer siyahısında yer alan forvardlardan birinin adı bəlli olub.  

Bizim.Media xəbər verir ki, "ağ-qaralar" "ÇSKA 1948"də çıxış edən Runi Evanın xidmətində maraqlıdır.   

Bakı təmsilçisi ötən mövsümü “Turan-Tovuz”da keçirmiş kamerunlu forvardın keçidini həll etmək istəyir. Təbii ki, bu, siyahıda ondan əvvəl yer alan futbolçulardan birinin keçidinin baş tutmamasından sonra reallaşa bilər.  
Runinin Bolqarıstan klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

O, bu mövsüm Bolqarıstan çempionatında 5 oyuna 1 qol vurub. Eva karyerası ərzində “Apejes”(Kamerun), “Çaniya”, “Trikala”, “Asteras”, “Veriya”, “Aititos Spaton”, “Karaiskakis” (hamısı Yunanıstan), “Aljir”, “Ain Mlila”(hər ikisi Əlcəzair), “Keçiorengücü”(Türkiyə) klublarında oynayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO