AVRO-2024: Milli komandamız Avstriya ilə qarşılaşır

AVRO-2024: Milli komandamız Avstriya ilə qarşılaşır

Hazırda oxunan: AVRO-2024: Milli komandamız Avstriya ilə qarşılaşır

160020

Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

Bizim.Media xəbər verir ki, Canni De Byazinin çalışdırdığı yığmamız evdə Avstriya ilə üz-üzə gələcək.  

Bakıda baş tutacaq qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.  

Xatırladaq ki, AÇ-2024-ün final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan Avstriya yığması 13 xalla bu qrupda 2-ci pillədə qərarlaşıb.

Bu səbəbdən qonaqlar Bakıdan qələbə ilə qayıtmağa iddialıdır. Amma 3 gün öncə səfərdə Estoniyaya qalib gələn millimiz də doğma meydanda xal və xallar qazanmağa çalışacaq. Bu gün yığmamızın qrupunda Belçika – İsveç oyunu da baş tutacaq. 
AÇ-2024-ün seçmə mərhələsi 

F qrupu 

17 oktyabr 

20:00. Azərbaycan – Avstriya 

Baş hakim: Aristotelis Diamantopulos 

Baş hakinin köməkçiləri: Konstantinos Psarris, Andreas Meintanas 

Dördüncü hakim: Anastasios Papapetru 

VAR: Angelos Evangelu 

AVAR: Vasileios Fotias (Hakimlər briqadası Yunanıstandandır) 

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO