Şahmatçımız dünya çempionu oldu

Şahmatçımız dünya çempionu oldu

Hazırda oxunan: Şahmatçımız dünya çempionu oldu

159967

İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında blits üzrə dünya çempionatı başa çatıb. 

Bizim.Media xəbər verir ki, şahmatçımız Məhəmməd Muradlı 11 oyundan 9,5 xal toplamaqla bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb və dünya çempionu tituluna yiyələnib.

Xanım şahmatçıların yarışında Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb.

Yekun nəticədə G.Beydullayeva blits üzrə dünya çempionatında bürünc medal qazanıb. 

Xatırladaq ki, iki gün öncə rapid üzrə dünya çempionatında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva birinci yerə layiq görülərək dünya çempionu olub. Beləliklə Azərbaycanın iki şahmatçısı mötəbər yarışda ümumilikdə 3 medal əldə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO