Azərbaycan millisi Estoniyaya QALİB GƏLDİ

Azərbaycan millisi Estoniyaya QALİB GƏLDİ

Hazırda oxunan: Azərbaycan millisi Estoniyaya QALİB GƏLDİ

159743

Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində 5-ci oyununa çıxıb. 

Bizim.Media xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda səfərdə Estoniya ilə qarşılaşıb.

Tallində keçirilən görüşdə Azərbaycan millisi 2:0 hesabı ilə qalib gəlib.  

Beləliklə, Azərbaycan milisi Avro-2024-ün seçmə mərhələsində 5-ci oyununda qələbə qazanıb. Komanda bundan əvvəl Avstriyaya 1:4, İsveçə 0:5, Belçikaya 0:1 hesabı ilə uduzmuş, Estoniya ilə 1:1  hesablı bərabərə qalmışdı. 

Bu komandalar arasında Bakıdakı matç 1:1 hesabı ilə başa çatmışdı. 

Azərbaycan millisi hazırda F qrupunda 4 xalla (5 oyun) 5-ci, Estoniya 1 xalla (6 oyun) 6-cıdır. 

13 oktyabr 

20:00. Estoniya - Azərbaycan - 0:2  

Qollar: Toral Bayramov, 9, Ramil Şeydayev, 45+4-pen.  

Baş hakim: Xesus Xil Mansano (İspaniya) 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO