Bakıda beynəlxalq konfrans işə başladı - ŞUŞADA DAVAM EDƏCƏK

Bakıda beynəlxalq konfrans işə başladı - ŞUŞADA DAVAM EDƏCƏK

Hazırda oxunan: Bakıda beynəlxalq konfrans işə başladı - ŞUŞADA DAVAM EDƏCƏK

159335

Oktyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində "II Türk Dünyası Muzeylər Görüşü" tədbiri çərçivəsində "Türk dünyası simvolu - xalça" adlı beynəlxalq konfrans işə başlayıb.

Bizim.Media xəbər verir ki, konfransın açılışında qeyd edilib ki, konfrans çərçivəsində keçiriləcək "Ümumdünya mədəni irsi -xalça", "Xalçanın dili - damğalar" adlı sessiyalar çox böyük maraq doğurur.

TÜRKSOY-un Muzeylər Birliyinin baş koordinatoru Cavid Mövsümlü bildirib ki, bu tədbirin TÜRKSOY-un 30 illik yubileyi ilində keçirilməsi çox önəmlidir: "Bakıda keçirilən ikigünlük konfransdan sonra tədbir Şuşa şəhərində davam edəcək".

Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qaqauz Yerindən (Moldova) olan 30-dan çox mütəxəssis məruzələrlə çıxış edəcək.

İkigünlük konfransa türk dövlətlərindən olan muzey rəhbərləri və nümayəndələri, muzeyşünaslar, TÜRKSOY-un rəhbərliyi, eləcə də digər rəsmi şəxslər qatılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO