Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibi olmuş idmançılarla görüş keçirib.
Bizim.Media xəbər verir ki, görüşdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, yarışa qatılmış “Murov AZ TERMİNAL”, “Azərreyl” klublarının voleybolçuları, menecer və baş məşqçiləri, həmçinin federasiyanın digər əməkdaşları iştirak ediblər.
Şahin Bağırov çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun (Beach Volley European Cup) qalibi olmuş “Murov AZ TERMİNAL” klubunun kollektivini təbrik edib.
O, yarışda mübarizə aparmış və bir neçə mərhələ adlamış qadınlardan ibarət “Azərreyl” komandasının oyunçularına da uğurlu çıxışlarına görə təşəkkürünü bildirib.
Təmsilçilərimizin qitənin ən güclü 10 ölkəsinin komandalarına qarşı əzmkar oyun göstərdiklərini söyləyən Ş. Bağırov bu nəticələrin ölkə voleybolu üçün önəmli olduğunu əlavə edib.
Voleybolumuzun bütün istiqamətlərdə inkişafının vacibliyini vurğulayan Ş.Bağırov bununla bağlı bir çox işlər görüldüyünü diqqətə çatdırıb.
Tədbirdə çıxış edən məşqçilər və oyunçular göstərilən diqqət və qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıq bildiriblər. Sonra komandaların baş məşqçiləri idmançıların çıxışlarını dəyərləndirib, onlara gözəl mübarizə apardıqlarına görə təşəkkür ediblər.
Tədbirin sonunda Avropa Kuboku və çempionların imzası olan top AVF prezidentinə təqdim olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
06:19 / 11.10.2023
Federasiya prezidenti Avropa Kubokunun qalibləri ilə görüşüb - FOTO
Hazırda oxunan: Federasiya prezidenti Avropa Kubokunun qalibləri ilə görüşüb - FOTO
Hazırda oxunan: Federasiya prezidenti Avropa Kubokunun qalibləri ilə görüşüb - FOTO
159292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.