4 boksçumuz Avropa Kubokunda MƏRHƏLƏ ADLADI 

4 boksçumuz Avropa Kubokunda MƏRHƏLƏ ADLADI 

Hazırda oxunan: 4 boksçumuz Avropa Kubokunda MƏRHƏLƏ ADLADI 

159192

Monteneqronun Budva şəhərində boks üzrə Avropa kuboku davam edir.  

Bizim.Media xəbər verir ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb. 

Boksçularımızdan Tayfur Əliyev (60 kq) ilk döyüşünü qələbə ilə başa vurub. 1/8 final çərçivəsində Cuzeppe Kanoniko (İtaliya) ilə qarşılaşan Avropa Oyunlarının mükafatçısı inamlı qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27).
O, növbəti döyüşünə oktyabrın 12-də çıxacaq. Əliyevin rəqibi Rusiyanı təmsil edən Arşak Tovmasyan olacaq. 

Tayfurun qardaşı Sərxan Əliyev də Avropa kubokuna qələbə ilə start verib. 71 kq çəkidə rinqə çıxan boksçu Toni Cası (İBAN) 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesabı ilə məğlub edib. Əliyev 1/4 finalda israilli Miroslav Kapulerlə üz-üzə gələcək. Döyüş oktyabrın 12-də olacaq. 

63,5 kq-da Malik Həsənov (63,5 kq) da mərhələ adlayıb. O, 1/8 final mərhələsində Bartumey Roskovici (Polşa) mübarizədən kənarlaşdırıb. Boksçumuz 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb.

Həsənov ikinci döyüşündə fransalı Lounes Hamraouini sınağa çəkəcək. Qarşılaşma oktyabrın 11-də olacaq. 

Qeyd edək ki, Avropa kubokunun 3-cü günündə millimizin daha 2 boksçusu mübarizəyə qoşulacaq. Nicat Hüseynov (54 kq) Cianis Salotski (Belarus) ilə, Nəbi İsgəndərov (67 kq) Adrian Krusla (İspaniya) gücünü yoxlayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO