Millimizin dünya çempionatındakı RƏQİBİ DƏYİŞDİ 

Millimizin dünya çempionatındakı RƏQİBİ DƏYİŞDİ 

Hazırda oxunan: Millimizin dünya çempionatındakı RƏQİBİ DƏYİŞDİ 

159139

Minifutbol üzrə Azərbaycan millisi BƏƏ-də keçiriləcək dünya çempionatında iştirak edəcək.

Bizim.Media xəbər verir ki, milli komandamızın qrupdakı rəqiblərindən biri dəyişib.  

Belə ki, püşkatma nəticəsində G qrupunda Azərbaycanla yanaşı Tunis, İraq və Misirin oynayacağı dəqiqləşmişdi. Amma sonda Tunis millisi dünya çempionatında iştirak etməkdən imtina edib.  

Onları qrupda əvəzləyəcək komandanın adına da aydınlıq gəlib. Belə ki, Küveyt yığması həmin qrupda yer alacaq.  

Qeyd edək ki, oktyabrın 26-dan noyabrın 4-nə qədər BƏƏ-nin Ras Əl Hayma şəhərində keçiriləcək mundialda 32 komanda mübarizə aparacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO