Avarçəkənimiz dünya çempionatında gümüş medal qazandı - VİDEO

Avarçəkənimiz dünya çempionatında gümüş medal qazandı - VİDEO

Hazırda oxunan: Avarçəkənimiz dünya çempionatında gümüş medal qazandı - VİDEO

159026

Azərbaycan avarçəkəni Diana Dımçenko İtaliyanın Barletta şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatının gümüş medalını qazanıb.

Bizim.Media xəbər verir ki, o, yalnız irlandiyalı Monika Dukarskadan geri qalaraq, ikinci yeri tutub.

Dımçenko təsnifat mərhələsində finişə birinci çatıb. İdmançı 4000 metr məsafəni 20:11.72 dəqiqəyə qət edib.

Final yürüşündə idmançılar 6000 metr məsafəyə yarışıblar. Diana bu məsafəni 32:20.94 dəqiqəyə başa vurub. O, fransalı Cessika Berranı (32.33.92) 13 saniyə fərqlə geridə qoyaraq, dünya çempionatını ikinci pillədə tamamlayıb. Çempion Monika Dukarska isə 32:09.17 nəticə göstərib.
Qeyd edək ki, Diana Dımçenko 2022-ci ildə Uelsdə təşkil olunan sahil avarçəkməsi üzrə dünya çempionatında da ikinci yeri tutub.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO