Gürcüstanın Qori şəhərində sərbəst güləş üzrə gənclər arasında “Şxireli kuboku” turniri keçirilib.
Bizim.Media xəbər verir ki, yarışda Azərbaycanı məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 4 güləşçi təmsil edib.
Vasif Xudiyev (79 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusif Dursunov (125 kq) ikinci, Sadiq Mustafazadə (86 kq) isə üçüncü yeri tutub. Dairəvi sistem üzrə baş tutan mübarizədə medalın bir addımlığında dayanan Ramik Heybətov (70 kq) dördüncü pillədə qərarlaşıb.
Bu turnirdə beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.
Rusiyanın Botlix rayonunda isə Yusup Abdusalomovun şərəfinə beynəlxalq turnir təşkil edilib. Millinin üzvü Qadjimurad Maqomedsaidov (97 kq) gümüş medal qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:30 / 08.10.2023
Güləşçilərimiz beynəlxalq turnirlərdə medal qazandılar
Hazırda oxunan: Güləşçilərimiz beynəlxalq turnirlərdə medal qazandılar
Hazırda oxunan: Güləşçilərimiz beynəlxalq turnirlərdə medal qazandılar
158922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.