"Sumqayıt" "Kəpəz"i məğlub etdi - VİDEO

Hazırda oxunan: "Sumqayıt" "Kəpəz"i məğlub etdi - VİDEO

158904

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Sumqayıt" "Kəpəz"i qəbul edib.

"Kapital Bank Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. "Gənclik şəhəri" təmsilçisinin heyətində 62-ci dəqiqədə Roi Kehat fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 11-ə yüksəldən "Sumqayıt" 6-cı sıradakı "Turan Tovuz"a çatıb. Gəncə klubu 5 xalla sonuncu-10-cu sıradadır.
Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Qarabağ"ı qəbul edəcək. IX turun digər matçlarında "Zirə" "Turan Tovuz"u (2:1), "Səbail" "Qəbələ"ni (1:0) məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO