Azərbaycanın daha üç cüdoçusu Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
Bizim.Media xəbər verir ki, yarışın dördüncü günündə iki qadın, bir kişi idmançımız tatamiyə çıxacaq.
Kişilərin mübarizəsində Ramazan Əhmədov +100 kq çəki dərəcəsində gücünü sınayacaq. O, 1/16 finalda tacikistanlı İbrohimjon Elmurodovla qarşılaşacaq.
Qadın cüdoçular Nərmin Əmirli və Nigar Süleymanova da eyni raundda turnirə start verəcək.
N.Əmirli 78 kq çəkidə misirli Aya Qaballa ilə, N.Süleymanova isə +78 kq-da xorvatiyalı Marselina Vranyeslə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl,Nizami İmranov (60 kq) və Vüqar Talıbov (90 kq) dünya çempionatında gümüş medal əldə ediblər.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:34 / 07.10.2023
Dünya Çempionatı: Üç cüdoçumuz mübarizəyə BAŞLAYIR
Hazırda oxunan: Dünya Çempionatı: Üç cüdoçumuz mübarizəyə BAŞLAYIR
Hazırda oxunan: Dünya Çempionatı: Üç cüdoçumuz mübarizəyə BAŞLAYIR
158730
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.