Portuqaliyanın Odivelas şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatının ikinci günündə Azərbaycan millisinin üç üzvü mübarizə aparacaq.
Bizim.Media xəbər verir ki, oğlanlar arasında 73 kiloqram çəki dərəcəsində Süleyman Əliyev və Vüsal Qələndərzadə, qızlar arasında isə 57 kiloqramda Fidan Əlizadə tatamiyə çıxacaq.
İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Nizami İmranov (60 kiloqram) yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:42 / 05.10.2023
Dünya çempionatı: 3 cüdoçumuz tatamiyə çıxacaq
Hazırda oxunan: Dünya çempionatı: 3 cüdoçumuz tatamiyə çıxacaq
Hazırda oxunan: Dünya çempionatı: 3 cüdoçumuz tatamiyə çıxacaq
158448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.