UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulub.
Bizim.Media xəbər verir ki, son oyun günündə E, F, G və H qrupunun matçları keçirilib.
E qrupunda İspaniyanın “Atletiko” komandası evdə Niderland “Feyenoord”una 3:2 hesabı ilə qalib gəlib. İtaliya "Latsio"su isə Şotlandiyada “Seltik” üzərində qələbə qazanıb - 1:2.
F qrupunda İtaliya “Milan”ı Almaniyada Dortmund “Borussiya”sı ilə qolsuz sülhə razılaşıb. Fransanın PSJ komandası isə İngiltərədə “Nyukasl”a uduzub.
G qrupunda Almaniya “Leyptsiq”i turnirin son qalibi olan İngiltərənin “Mançester Siti” kollektivinə məğlub olub. Serbiyanın “Srvena Zvezda” klubu isə evdə İsveçrə “Yanq Boyz”u bərabərə qalıb.
H qrupunda Belçika “Antverpen”i doğma meydanda Ukraynanın “Şaxtyor” (Donetsk) klubuna uduzub. İspaniya "Barselona"sı isə Portuqaliyada “Portu”nu üstələyib.
UEFA Çempionlar Liqası, qrup mərhələsi
II tur
4 oktyabr
E qrupu
20:45. “Atletiko” (İspaniya) - “Feyenoord” (Niderland) - 3:2
23:00. “Seltik” (Şotlandiya) - “Latsio” (İtaliya) - 1:2
Xal durumu: "Atletika" - 4, "Latsio" - 4, “Feyenoord” - 3, “Seltik” - 1.
F qrupu
23:00. “Borussiya” (Dortmund, Almaniya) - “Milan” (İtaliya) - 0:0
23:00. “Nyukasl” (İngiltərə) - PSJ (Fransa) - 4:1
Xal durumu: "Nyukasl" - 4, PSJ - 3, “Milan” - 2, “Borussiya” - 1.
G qrupu
23:00. “Leyptsiq” (Almaniya) - “Mançester Siti” (İngiltərə) - 1:3
23:00. “Srvena Zvezda” (Serbiya) - “Yanq Boyz” (İsveçrə) - 2:2
Xal durumu: "Mançester Siti" - 6, “Leyptsiq” - 3, "Yanq Boyz" - 1, “Srvena Zvezda” - 1.
H qrupu
20:45. “Antverpen” (Belçika) - “Şaxtyor” (Donetsk, Ukrayna) - 2:3
23:00. “Portu” (Portuqaliya) - “Barselona” (İspaniya) - 0:1
Xal durumu: "Barselona" - 6, "Portu" - 3, “Şaxtyor” - 3, “Antverpen” - 0.
Qeyd edək ki, qrup mərhələsində II turun ilk oyunları oktyabrın 3-də keçirilib.
Bizim.Media