“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəyə başlayır

“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəyə başlayır

Hazırda oxunan: “Qəbələ” UEFA Gənclər Liqasında mübarizəyə başlayır

158332

Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.  

Bizim.Media xəbər verir ki, Çempionlar yolunda qüvvəsini sınayacaq “qırmızı-qaralar” 1-ci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə üz-üzə gələcək.  

Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq. Bu, “Qəbələ”nin turnirdə 6-cı startıdır. Yarışda 2016/17 mövsümündə debüt edən "qırmızı-qaralar" daha bir cəhdi koronavirus pandemiyası səbəbindən 2020/21 mövsümünün ləğvinə görə baş tutmayıb.
Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 25-də Macarıstanda keçiriləcək. Bu cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq. 

4 oktyabr 

UEFA Gənclər Liqası 

Çempionlar yolu, I mərhələ 

16:00. “Qəbələ” (Azərbaycan) – “Puşkaş Akademiya” (Macarıstan) 

Baş hakim: Sayat Karabayev (Qazaxıstan) 

Qəbələ şəhər stadionu. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO