“Sabah” FİBA Kubokunda ardıcıl ikinci qələbəsini QAZANDI 

Hazırda oxunan: “Sabah” FİBA Kubokunda ardıcıl ikinci qələbəsini QAZANDI 

158262

“Sabah” basketbol komandası FİBA Avropa Kubokunda ikinci oyununu keçirib.  

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada yerli komanda “Rabotniçki” ilə üz-üzə gəlib.  

İlk turda Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub edən Boban Mitevin yetirmələri bu dəfə də 83:81 hesablı qələbəyə seviniblər. Qrupun digər görüşündə Rumıniya klubu “Rapid” “Donar”a (69:65) qalib gəlib. 
A qrupunda yer alan “Sabah” sonuncu oyununu oktyabrın 5-də “Rapid”ə qarşı keçirəcək. Hər iki komanda ilk iki qarşılaşmasında qələbə qazandığından, budəfəki duel növbəti mərhələyə vəsiqə qazanmaq baxımından finala bərabər olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO