“Qarabağ” bu gün İsveçə GEDİR  

“Qarabağ” bu gün İsveçə GEDİR  

Hazırda oxunan: “Qarabağ” bu gün İsveçə GEDİR  

158191

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Hekken” klubunun qonağı olacaq “Qarabağ” bu gün səfərə yola düşür.  

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi saat 18:00-da İsveçə yollanacaq.  

“Qarabağ” “Scandic Opallen Hotel”də məskunlaşacaq. Qurban Qurbanov və Abdullah Zubirin iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 4-ü Bakı vaxtı ilə 20:40-da başlayacaq.  

Media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşq isə Bakı vaxtı ilə 21:00-da matçın oynanılacağı “Ullevi” stadionunda baş tutacaq. Qeyd edək ki, oktyabrın 5-i “Ullevi” stadionunda keçiriləcək “Hekken” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO