“Sabah” bu gün Avrokuboklarda debüt edir

Hazırda oxunan: “Sabah” bu gün Avrokuboklarda debüt edir

157930

Bu gün basketbol üzrə Azərbaycan Liqasının qalibi “Sabah” avrokubokda ilk matçına çıxacaq. 

Bizim.Media xəbər verir ki, Bakı təmsilçisi seçmə mərhələnin oyunlarını Skopyedə keçirəcək. 

Şimali Makedoniyanın paytaxtında beynəlxalq arenada debüt edəcək Boban Mitevin komandası Niderlandın “Donar Qroningen” kollektivi ilə qarşılaşacaq. 
Turun digər oyununda meydan sahibləri “Rabotniçki” “Rapid Buxarest”lə üz-üzə gələcək. 

Qeyd edək ki, "Sabah" avrokuboklara hazırlıq çərçivəsində Serbiyada təlim-məşq toplanışı keçirib, yerli klublarla yoxlama görüşləri oynayıb. Komandanın avrokuboklarda iştirakı üçün 12 basketbolçu sifariş edib: 

Fuad Niftəliyev, Endar Poladxanlı, Şirzad Şirzadov, Rüstəm Əliyev, Əlikyamran Məmmədov, Pavle Marçinkoviç, Kivon Davenport, Maykl Holton, Korin Henri, Desmond Kembric, Donovan Smit və Artems Butyankovs.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO