Azərbaycan idmançısı beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycan idmançısı beynəlxalq turnirdə qızıl medal qazandı

Hazırda oxunan: Azərbaycan idmançısı beynəlxalq turnirdə qızıl medal qazandı

157892

Qılıncoynatma üzrə milli komandamızın lideri Anna Başta Belçikanın Gent şəhərində keçirilən 25-ci “Flemish Open Championships” beynəlxalq turnirində qızıl medal qazanıb.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Anna qadın sablyaçıların yarışında finala gedən yolda italiyalı Marqarita Kollonnanı (15:7), Fransa sablyaçıları Şarlott Lembaxı (15:8) və Luiz Kleyni (15:7), Böyük Britaniya təmsilçisi Maksvell Caitlini (15:14) mübarizədən kənarlaşdırıb.

nna finalda qadın sablyaçıların dünya reytinqində dördüncü olan Yunanıstan qılıncoynadanı Despina Georgiadonu 15:4 hesabı ilə məğlub edərək turnirin qızıl medalını qazanıb.

Yetmişə yaxın qadın sablyaçının yarışdığı turnirdə Palina Kaspiaroviç və Zərifə Hüseynova ümumi sıralamada ilk onluqda yer almağı bacarıblar.

Səbinə Kərimova 11-ci, Valeriya Bolşakova 22-ci, Sevil Bünyatova isə 25-ci olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO