“Araz Naxçıvan” “Zirə”ni məğlub etdi - VİDEO

Hazırda oxunan: “Araz Naxçıvan” “Zirə”ni məğlub etdi - VİDEO

157871

Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulub. 

Bizim.Media xəbər verir ki, turun son qarşılaşması “Araz-Naxçıvan”la “Zirə” arasında baş tutub. 

Naxçıvan təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb. Daha öncə “Qarabağ” “Sumqayıt”a 5:0, “Neftçi” “Turan Tovuz”a, “Qəbələ” isə “Kəpəz”ə 1:0 hesabıyla qalib gəlib, “Səbail” – “Sabah” matçında heç-heçə (2:2) qeydə alınıb.
Misli Premyer Liqası

8-ci tur

1 oktyabr

“Araz-Naxçıvan”– “Zirə” 1:0

Qol: Nuno Rodriqes, 78.

Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Cəmil Quliyev, Kamran Əliyev

“Dalğa Arena”, 18:30

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 42. Məhəmməd Kadiri, 8. İsmail Azzaui.

Baş məşqçi: Azər Bağırov.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 28. Abbas İbrahim, 7. Filipe Paxtman, 6. Eldar Quliyev.

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Akka, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 15. Pyer Zebli, 19. Salifu Suma.

Baş məşqçi: Rəşad Sadıqov.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO