De Byazi yenə Belçika ilə oyundan DANIŞDI: “Uğursuz qol buraxdıq”

De Byazi yenə Belçika ilə oyundan DANIŞDI: “Uğursuz qol buraxdıq”

Hazırda oxunan: De Byazi yenə Belçika ilə oyundan DANIŞDI: “Uğursuz qol buraxdıq”

157286

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına danışıb.

Bizim.Media xəbər verir ki, “Napoli Magazine”yə açıqlama verən təcrübəli mütəxəssis millimizin AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Belçika yığmasına qarşı keçirdiyi görüşdən və yığmamızın Estoniya (13 oktyabr), həmçinin Avstriya (16 oktyabr) ilə oynayacağı matçlardan gözləntisini söyləyib:

"Belçika ilə matçda uğursuz qol buraxdıq. Halbuki, çox yaxşı oynamışdıq. Rəqibimiz olduqca səviyyəli komandadır. Bu cür səviyyəli komandalara qarşı kiçik boşluqlar vermək olmaz.
İndi bizi dişimizə uyğun olan Estoniyaya qarşı oyun gözləyir. Ardınca isə Avstriya ilə qarşılaşacağıq. Qol buraxmamaq ümidi ilə vəzifəmizi yerinə yetirməyə çalışacağıq".

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO