“Neftçi”də yeni struktur MÜƏYYƏNLƏŞDİ  

“Neftçi”də yeni struktur MÜƏYYƏNLƏŞDİ  

Hazırda oxunan: “Neftçi”də yeni struktur MÜƏYYƏNLƏŞDİ  

157028

“Neftçi”nin yeni strukturu təsdiqlənib.  

Bizim.Media klubun rəsmi satına istinadən xəbər verir ki, klubu Müşahidə Şurası idarə edəcək.

Klubun baş icraçı direktoru isə Fərrux Mahmudovdur. Müşahidə Şurasının idman üzrə müşaviri vəzifəsini Kamil Məmmədov yerinə yetirəcək. 

Strukturda yeni departamentlər qruplaşdırılıb. İdman direktoru isveçli mütəxəssis Yens Andersson, administrativ işlər üzrə direktor isə Səbuhi Rzayevdir. Maliyyə üzrə direktor vəzifəsini Namiq Əlizadə icra edir. 

“Neftçi” PFK-nın Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir. 
Yenilənmiş struktur daha da mərkəzləşdirilib. Bu struktura əsasən, departamentlər baş icraçı direktora tabedir, baş icraçı direktor isə müvafiq olaraq Müşahidə Şurasına hesabat verir. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO