Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Bizim.Media Apasport.az saytına istinadən bildirir ki, qitə miqyaslı turnirlərdə mübarizəni davam etdirən yeganə təmsilçimiz Avropa Liqasının qrup mərhələsində ikinci sınağına çıxacaq.
İ qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri II turun matçını “Vilyarreal”a qarşı keçirəcək.
Bu, Ağdam təmsilçisinin qrupda ilk ev görüşü olacaq. Lakin İspaniya klubu ilə qarşılaşma Dağlıq Qarabağda baş verən hadisələr səbəbindən Azərbaycanda deyil, Türkiyədə baş tutacaq. Ağdamlılar qrupun favoriti sayılan Vilyarrealın eyniadlı təmsilçisi ilə görüşə ilk xal üçün çıxacaq.
Bizim.Media