Eldəniz Əzizli:

Eldəniz Əzizli: "Olimpiadaya qədər bütün lisenziyaları əldə etmək niyyətindəyik"

Hazırda oxunan: Eldəniz Əzizli: "Olimpiadaya qədər bütün lisenziyaları əldə etmək niyyətindəyik"

156966

"Düşünürəm ki, Olimpiadaya qədər bütün lisenziyaları əldə edib güləşsevərləri daha da sevindirəcəyik".

Bizim.Media xəbər verir ki, bunu Yunan-Roma güləşi üzrə millimizə ilk dəfə komanda hesabında çempionluq bəxş edən idmançı Eldəniz Əzizli jurnalistlərə açıqlamasında deyib.

“Yunan-Roma güləşi üzrə Azərbaycan millisi öz tarixində yeni bir rekorda imza atdı. Tarixdə ilk dəfə komanda olaraq dünya çempionu olduq. Bu, Azərbaycan idmanı üçün bğyük uğurdur. Yekunda iki lisenziya qazandıq", - E.Əzizli bildirib.

O qeyd edib ki, Azərbaycanın müstəqillik tarixində mənim nəticəm yeni rekord sayılır:

"Yunan-Roma güləşində çempion olmamışdıq. Müstəqillikdən əvvəl Məhyəddin Allahverdiyev bu növdə 3 dəfə dünya çempionu olub. Yunan-Roma güləşində Fərid Mansurov iki dəfə çempion olub. Bu dəfə 3-cü dəfə rekordumu təzələdim. Rafiq Hüseynov da ikinci dəfə çempion oldu”.

Xatırladaq ki, Serbiyanın paytaxtı Belqradda keçirilən yarışda Yunan-Roma güləşi üzrə millimiz həm medalların əyarına, həm də toplanan xallara görə dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Mundialda İran (102) ikinci, Türkiyə (93) isə üçüncü yeri tutub.

Xatırladaq ki, bu yarışda Eldəniz Əzizli (55 kq) ilə Rafiq Hüseynov (82 kq) dünya çempionu olub. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanıb. Komandamız 67 və 77 kq-da olimpiadaya lisenziya əldə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO