Bakıda

Bakıda "SFA Federasiya Kuboku 2023" yarışları keçirildi - FOTO

Hazırda oxunan: Bakıda "SFA Federasiya Kuboku 2023" yarışları keçirildi - FOTO

156812

Bakıda Azərbaycan Yelkən Federasiyasının təşkilatçılığı və ASCO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) QSC-nin dəstəyi ilə "SFA Federasiya Kuboku 2023" yarışları keçirilib.

Bizim.Media xəbər verir ki, yarışlar Optimist, ILCA və Windsurf sinifləri üzrə 22-24 sentyabr tarixləri arasında  “Ramada by Wyndham Baku” sahilində yerləşən SFA yelkən mərkəzində baş tutub.

Mükafatlandırma mərasimində Optimist üzrə dünya çempionatına və ILCA 4 üzrə avropa çempionatına qatılan milli yığmacılar, cari il üzrə yay məktəbi iştirakçıları, komandaya yeni seçilən idmançılar, "SFA Federasiya Kuboku 2023"ün qaliblərinə kubok, diplom və sertfikatlar təqdim olunub.





Tədbirdə, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhimdar Cəmiyyəti sədrinin müavini   Zaur Nağıyev və federasiyanın vitse-prezidenti Burcu Algon Giorgianni çıxış edib.



Qüdrət Qurbanov öz çıxışında Federasiya kubokunun keçirilməsinə dəstək göstərdikləri üçün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf  Vəliyevə və Gənclər və İdman Nazirliyinə təşəkkür edib.

O bildirib ki, bu ildən etibarən beynəlxalq məşqçilər Azərbaycana dəvət olunaraq federasiyada hakimlik kursu fəaliyyət göstərir və yelkən idmanın inkişafını təmin etməyimiz, onun üçün yeni imkanlar yaratmağımız dövlət başçısının hər bir idman növünə olduğu kimi yelkən idmanına da göstərdiyi diqqət sayəsindədir.



Federasiyanın yeni avadanlıqlarla, təchizatlarla təmin olunması bunun növbəti sübutudur.  Həmçinin o, valideynlərə göstərdikləri diqqət və qayğıya görə təşəkkür edib.

Həmçinin 2022-ci il üzrə SFA Federasiya Kubokunu qazanan idmançıların adları xatirə lövhəsində əks olunub.

Qeyd edək ki, "SFA Federasiya Kuboku” 6-cı ildir ki, ənənəvi şəkildə  həyata keçirilir.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO