Mahir Emreli daha bir qol vurdu - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Mahir Emreli daha bir qol vurdu - YENİLƏNİB - VİDEO

156806

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su Xorvatiya çempionatında 9-cu tur oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, komanda səfərdə autsayder “Rudeş”lə qarşılaşıb və 5:1 hesabı ilə qalib gəlib. 

Start heyətdə meydana çıxan Mahir Emreli matçın 38-ci dəqiqəsində komandasının 2-ci qolunu vurub. O, görüşün 58-ci dəqiqəsində komandasının 5-ci qolunun ötürməsini də edib. 26 yaşlı hücumçu Josip Drmiçə məhsuldar ötürmə verib. Mahir 73-cü dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra “Dinamo” turnir cədvəlində 16 xalla (7 oyun) 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 18 xalla (8 oyun) “Hayduk” başçılıq edir.
Xatırladaq ki, M.Emreli bu mövsüm Xorvatiya çempionatında bundan əvvəl meydana çıxdığı 5 matçda 2 qol vurub, 1 qolun ötürməsi verib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO