Millimizin keçmiş üzvü mini futbol klubuna keçir

Millimizin keçmiş üzvü mini futbol klubuna keçir

Hazırda oxunan: Millimizin keçmiş üzvü mini futbol klubuna keçir

156730

Futbol üzrə milli komandamızın keçmiş üzvü Ruslan Abışov böyük futboldan gedir.

Bizim.Media xəbər verir ki, Premyer Liqa klublarından sərfəli təklif almayan təcrübəli müdafiəçi karyerasını mini futbolda davam etdirəcək. 

Belə ki, 36 yaşlı futbolçu yaxın günlərdə mini futbol klublarından biri ilə müqavilə bağlayacaq. Abışovun son olaraq “Zirə”də çıxış etdiyini nəzərə alsaq, çox güman ki, onun yeni klubu da qəsəbənin adını daşıyan mini futbol komandası olacaq. 
Qeyd edək ki, Azərbaycan futbolunun ən istedadlı futbolçularından biri olan Abışov “Neftçi”, “İnter”, Sabah”, “Xəzər Lənkəran”, “Qəbələ” və Rusiyanın “Rubin” klubunun da şərəfini qoruyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO