Dünya çempionatı: İki güləşçimiz FİNALDA

Dünya çempionatı: İki güləşçimiz FİNALDA

Hazırda oxunan: Dünya çempionatı: İki güləşçimiz FİNALDA

156664

Bu gün Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib. 

Bizim.Media xəbər verir ki, yarımfinalda Həsrət Cəfərov (67 kq) Slavik Qalstyana (Ermənistan) 5:3, Murad Məmmədov (63 kq) Georgi Tibilova (Serbiya) 4:1 hesabı ilə qalib gələrək buna nail olublar.  

Bununla da, onlar eyni zamanda  Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. 

Final görüşləri sabah keçiriləcək. 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) və yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) olimpiadaya lisenziya hüququ əldə ediblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO