“Böyük dəbilqə”: Daha bir cüdoçumuz qızıl medal qazandı

“Böyük dəbilqə”: Daha bir cüdoçumuz qızıl medal qazandı

Hazırda oxunan: “Böyük dəbilqə”: Daha bir cüdoçumuz qızıl medal qazandı

156647

Azərbaycanın daha bir cüdoçusu Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb. 

Bizim.Media xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov finalda moldovalı Petru Pelikana qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Zelim Tçkayev isə həlledici görüşdə Avstraliya təmsilçisi Şamil Borçaşvili ilə qarşılaşacaq. 

Qeyd edək ki, "Böyük dəbilqə" turnirində daha əvvəl Azərbaycan cüdoçularından Yaşar Nəcəfov (66 kiloqram) qızıl, Leyla Əliyeva (48 kiloqram) isə gümüş medal əldə edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO