Böyük Dəbilqə: İki cüdoçumuz finala YÜKSƏLDİ  

Böyük Dəbilqə: İki cüdoçumuz finala YÜKSƏLDİ  

Hazırda oxunan: Böyük Dəbilqə: İki cüdoçumuz finala YÜKSƏLDİ  

156632

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Böyük Dəbilqə turnirində finala yüksəlib. 

Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və 81 kiloqram çəkidə mübarizə aparan Zelim Tçkayev həlledici görüşə vəsiqə qazanıblar. 

H.Heydərov yarımfinalda özbəkistanlı Şakram Əhədova, Z.Tçkayev isə özbəkistanlı Nurbek Murtozoevə qalib gəlib. 

Finalda Hidayət Heydərov moldovalı Petru Pelivanla, Zelim Tçkayev isə Avstraliyanı təmsil edən Şamil Borçaşvili ilə qarşılaşacaq. 
Qeyd edək ki, Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirinin ilk günündə iki medal əldə ediblər. Yaşar Nəcəfov (66 kiloqram) qızıl, Leyla Əliyeva (48 kiloqram) gümüş mükafata layiq görülüb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO