Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) turnirdə qızıl medal qazanıb və karyerasında 3-cü dəfə dünya çempionu olub.
O, finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, E.Əzizli 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə, 2022-ci ildə isə Belqradda dünya çempionu olmuşdu.
Əlavə edək ki, Azərbaycanın digər yunan-Roma güləşçiləri Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaqlar.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:57 / 22.09.2023
Eldəniz Əzizli 3-cü dəfə dünya çempionu oldu
Hazırda oxunan: Eldəniz Əzizli 3-cü dəfə dünya çempionu oldu
Hazırda oxunan: Eldəniz Əzizli 3-cü dəfə dünya çempionu oldu
156533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.