Millimizin FİFA reytinqində mövqeyi DƏYİŞMƏDİ 

Millimizin FİFA reytinqində mövqeyi DƏYİŞMƏDİ 

Hazırda oxunan: Millimizin FİFA reytinqində mövqeyi DƏYİŞMƏDİ 

156320

FİFA milli komandalarının sentyabr ayı üçün yenilənmiş reytinq cədvəlini açıqlayıb.  

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandası iyun ayından bu yana tərk edə bilmədiyi 121-ci pillədə qalıb.  

Bununla yanaşı, millimiz aktivindəki xalların sayını 1143,22-dən 1147,69-a yüksəldib. 

Əvvəlki iyul yeniləməsindən sonrakı dövr ərzində Azərbaycan komandası iki oyun keçirib:

AVRO-2024-ün seçmə mərhələsinin Belçika ilə (0:1) oyunu və İordaniyaya qarşı yoxlama matçı (2:1). 

Azərbaycanın ən yaxın izləyicisi Tanzaniya (1146,46) millisidir. Yığmamızdan bir üst pillədə isə Kipr millisi (1155,95) qərarlaşıb. 

FİFA reytinq cədvəlinin ilk onluğunda isə sıralama belədir: 

Argentina (1851,41), Fransa (1840,76), Braziliya (1837,61), İngiltərə (1794,34), Belçika (1792,64), Xorvatiya (1747,83), Hollandiya (1743,15), Portuqaliya (1728). (1727,37), İspaniya (1710,72). 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO