Azərbaycan güləşçisi DÇ-də gümüş medal QAZANDI 

Azərbaycan güləşçisi DÇ-də gümüş medal QAZANDI 

Hazırda oxunan: Azərbaycan güləşçisi DÇ-də gümüş medal QAZANDI 

156059

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kq) turnirdə 2-ci yeri tutub. 

O, finalda Bəhreyn təmsilçisi Axmed Tajudinova məğlub olub və gümüş medal qazanıb. 

Xatırladaq ki, Maqomedxan Maqomedov finala yüksəlməklə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. 
Alyona Kolesnik (59 kq) isə bu gün əvvəlcə təsəlliverici görüşdə macarıstanlı Tamara Dollakı vaxtından əvvəl mübarizədən kənarlaşdırıb - 10:0. Alyona bürünc medal uğrunda qarşılaşmada amerikalı Cenifer Rocersə "tuş"la uduzub və 5-ci yeri tutub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO