Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turnirinin son günündə komandamız daha bir medal qazanıb.
Bizim.Media xəbər verir ki, kişilər arasında -100 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ruslan Nəsirli üçüncü yer uğrunda görüşdə xorvatiyalı İvan Rozqa üzərində qələbə qazanaraq bürünc medala sahib olub.
Bununla da komandamız yarışı 1 qızıl, 1 gümüş və 1 bürünc medulla başa vurub.
Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 8-ci, kişilər arasında isə 4-cü yeri tutub.
Qeyd edək ki, yarışın ilk günündə isə -66 kq. çəki dərəcəsində İslam Rəhimov gümüş , -73 kq. çəkidə Nəriman Mirzəyev isə qızıl medal əldə etmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
10:56 / 18.09.2023
Cüdoçularız Avropa turnirini 3 medalla BAŞA VURDU
Hazırda oxunan: Cüdoçularız Avropa turnirini 3 medalla BAŞA VURDU
Hazırda oxunan: Cüdoçularız Avropa turnirini 3 medalla BAŞA VURDU
155711
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.