Polşa millisi voleybol üzrə Avropa çempionu oldu

Polşa millisi voleybol üzrə Avropa çempionu oldu

Hazırda oxunan: Polşa millisi voleybol üzrə Avropa çempionu oldu

155657

Kişilər arasında voleybol üzrə Avropa çempionatına yekun vurulub. 

Bizim.Media xəbər verir ki, finalda son çempion İtaliya ilə Polşa milli komandası qarşılaşıb. 

Görüş Polşa millisinin 3:0 (25:20, 25:21, 25:23) hesabı ilə qələbəsi ilə başa çatıb. Bununla da polyaklar tarixində ikinci dəfə Avropa çempionu adını qazanıb. 

3-cü yer uğrunda oyunda Sloveniya Fransadan üstün olub. Onlar 3:2 hesabı ilə qalib gəlməklə bürünc medal qazanıblar. 

Qeyd edək ki, İtaliya, İsrail, Bolqarıstan və Şimali Makedoniyada keçirilən qitə çempionatında 24 komanda iştirak edirdi.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO