Basketbolçularımız  Serbiyada “Srvena Zvezda”ya qalib gəldi

Hazırda oxunan: Basketbolçularımız  Serbiyada “Srvena Zvezda”ya qalib gəldi

155574

Serbiyada təlim-məşq toplanışında olan “Sabah” basketbol klubu yoldaşlıq görüşləri çərçivəsində ikinci qələbəsini qazanıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu yerli “Srvena Zvezda 2”ni üstələyib.

Belqradda baş tutan matç “Sabah”ın 81:78 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan komandası bu gün son yoxlama oyununa çıxacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmada rəqib “Zlatibor” olacaq.
Qeyd edək ki, “Sabah” ilk iki yoxlama oyununda Serbiya klubları “Vrsac”a 57:62, “Radniçki”yə 81:82 hesabı ilə məğlub olub, “OKK Belqrad”a isə 97:84 hesabı ilə qalib gəlib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO