Mahirli "Dinamo"dan böyükhesablı qələbə

Hazırda oxunan: Mahirli "Dinamo"dan böyükhesablı qələbə

155540

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında növbəti oyununa çıxıb. 

Bizim.Media xəbər verir ki, komanda 6-cı turda "Slaven"lə qarşılaşıb. Matç "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Mahir də bu oyunda iştirak edib. Hücumçu 46-cı dəqiqədə Dario Şkipiçin əvəzinə meydana çıxıb.  

Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 13 xalla 2-ci, "Slaven" isə 6 xalla 9-cudur. 

"Dinamo" (Zaqreb) - "Slaven" - 3:0 

Qollar: Vidoviç 25, Petkoviç 50, Stefulj, 66-avtoqol 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO