Ulduz futbolçu Şahruddinin komanda yoldaşı oldu

Ulduz futbolçu Şahruddinin komanda yoldaşı oldu

Hazırda oxunan: Ulduz futbolçu Şahruddinin komanda yoldaşı oldu

155411

İtaliya millisinin sabiq üzvü Mario Balotellinin yeni klubu müəyyənləşib.

Bizim.Media xəbər verir ki, 33 yaşlı hücumçu Türkiyənin "Adana Demirspor" klubuna keçib. Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Son klubu İsveçrə "Sion"u olan forvardla 1+1 illik müqavilə imzalanıb. 2021/2022 mövsümündə də bu klubda çıxış edən futbolçu Adana təmsilçisinə azad agent kimi qoşulub.
Xatırladaq ki, milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev bir neçə gün əvvəl "Qarabağ"dan "Adana Demirspor"a keçib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO