“Kəpəz” afrikalı legionerlə danışıq aparır

“Kəpəz” afrikalı legionerlə danışıq aparır

Hazırda oxunan: “Kəpəz” afrikalı legionerlə danışıq aparır

155248

“Kəpəz” klubu yaxın günlərdə heyətinə daha bir futbolçu qatmağı düşünür.  

Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi əslən Malidən olan legionerlə danışıq aparır.

Adam Niane adlı hücumçu artıq “Kəpəz”ə keçməyə razılıq verib. 30 yaşlı futbolçunun yaxın günlərdə Azərbaycana gəlib klubla müqavilə bağlaması gözlənilir.  

Qeyd edək ki, Adam Nianın son klubu İranın “Mazandaran” komandası olub. O, əvvəllər Fransanın “Nant”, “Soşo”, Belçikanın “Şarlerua” və “Ostende” klublarının da şərəfini qoruyub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO