Amerikalı voleybolçu “Azerreyl”ə keçdi

Amerikalı voleybolçu “Azerreyl”ə keçdi

Hazırda oxunan: Amerikalı voleybolçu “Azerreyl”ə keçdi

155172

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini gücləndirir.

Klubdan Bizim.Media-ya saytına verilən məlumata görə, Bakı təmsilçisi ABŞ-dan blokçu Tauri Mejini rənglərinə bağlayıb.

“Azərreyl” 186 sm boya malik blokçu ilə 1 mövsümlük müqavilə imzalayıb. O, ABŞ-ın “Texas Universiteti”ndən transfer olunub. Meji karyerasında ilk dəfə ölkə xaricində oynayacaq.

Bununla da komanda müqaviləsini rəsmiləşdirdiyi voleybolçularının sayı 7-yə çatıb. Daha öncə Aynur İmanova, Raziyə Əliyeva, Asiyat Abuyeva, Xanım Cəlilova, Aişə Alismanova, həmçinin xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb. Türkiyəli təcrübəli mütəxəssis Cengiz Akarçeşme isə komandanın “sükanı arxasına” gətirilib.
Qeyd edək ki, "Azərreyl" Çağırış Kubokunda Ukraynanın "Balta" kollektivi ilə üz-üzə gələcək. 1/32 final çərçivəsində baş tutacaq qarşılaşmalar oktyabrda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO