“Sabah” Serbiyada ilk qələbəsini QAZANDI 

Hazırda oxunan: “Sabah” Serbiyada ilk qələbəsini QAZANDI 

155110

FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq çərçivəsində Serbiyanın paytaxtı Belqradda təlim-məşq toplanışında olan "Sabah" basketbol klubu üçüncü yoxlama matçına çıxıb.

Bizim.Media xəbər verir ki, ölkə çempionu Serbiya Basketbol Liqasında mübarizə aparan "OKK Beograd" klubu ilə qarşılaşıb.

Matç 97:84 hesabı ilə "Sabah"ın xeyrinə başa çatıb.

Qeyd edək ki, təmsilçimiz bundan əvvəl "Radniçki" və "Vrsaç"a məğlub olmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO