Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan Çempionatı KEÇİRİLİR - FOTO 

Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan Çempionatı KEÇİRİLİR - FOTO 

Hazırda oxunan: Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan Çempionatı KEÇİRİLİR - FOTO 

155040

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçirilir.  

Bizim.Media xəbər verir ki, yarışların ilk günündə, 13 sentyabr tarixində rəsmi açılış mərasimi baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.  

Açılış mərasimində çıxış edən rəsmilər ölkəmizdə dövlət tərəfindən idmana, idmançılara göstərilən diqqətdən söz açıb.  

Qeyd olunub ki, bu gün ölkəmizdə irimiqyaslı idman tədbirləri təşkil olunur, idmançılarımız müxtəlif beynəlxalq turnirlərdə uğurlu nəticələr qazanır. Bu da dövlət başçısı Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Azərbaycan idmanına xüsusi qayğısının nəticəsidir.
Açılış mərasimindən sonra yarışlara start verilib.  

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan çempionatda Bakıdan və Mingəçevirdən olan 100-ə yaxın idmançı mübarizə aparır. İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik üçün yarışır.  

Azərbaycan çempionatına sabah yekun vurulacaq.  

Qaliblər medal və diplomla mükafatlandırılmaqla yanaşı fərqlənən idmançılar oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanacaq. 




















Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO