“Sabah” “İnter”in sabiq futbolçusunu transfer edir

“Sabah” “İnter”in sabiq futbolçusunu transfer edir

Hazırda oxunan: “Sabah” “İnter”in sabiq futbolçusunu transfer edir

155022

"Sabah" növbəti transferi həyata keçirməyə hazırlaşır.  

Bizim.Media xəbər verir ki, Masazır klubu İsak Belfodillə anlaşıb. Tezliklə transfer rəsmən açıqlanacaq.  

Bu barədə "Sabah"ın sosial şəbəkə hesabında anons verilib.  

Yeni transferin kimliyi açıqlanmasa da, oynadığı klubların adı qeyd olunub.   

O, karyerası ərzində "Lion", "Bolonya", "İnter", "Parma", "Verder", "Hoffenhaym", "Herta"da oynayıb. Belfodilin son komandası Qətərin "Əl Qarafa" komandası idi. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO