Mahir Emreli yenidən Türkiyədə OYNAYA BİLƏR 

Hazırda oxunan: Mahir Emreli yenidən Türkiyədə OYNAYA BİLƏR 

154984

Azərbaycan milli komandasının və “Dinamo”nun forvardı Mahir Emreli yenidən Türkiyəyə yollana bilər.  

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qaziantep BB” 26 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. 

Adıçəkilən kluba bu ay baş məşqçi təyin edilən Marius Şumudike Zaqreb klubunun futbolçusunu sərəncamında görmək niyyətindədir. 

O, bu barədə Superliqa klubunun rəhbərliyini də məlumatlandırıb. “Qaziantep BB” “transfer pəncərəsi”nin bitməsinə iki gün qalmış Emrelinin məsələsini həll etmək istəyir. 

Mahirin “Dinamo” ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. O, ötən mövsümün yarım mövsümünü icarə əsasında "Konyaspor"da keçirib. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO