Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirini 2 medalla başa vurub.
Bizim.Media xəbər verir ki, İslam Abbasov (87 kq) qızıl, Sənan Süleymanov (77 kq) isə bürünc medala yiyələnib. Rəqibləri tatamiyə çıxmadıqları üçün güləşçilərə texniki qələbə verilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan güləşçisi erməni rəqibini məğlub etdi
Abbasov finala çıxdığı üçün Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə də əldə edib. 60 kq-dakı Murad Məmmədov isə döşək üzərinə çıxmaqdan imtina edib. Bu səbəbdən o, texniki məğlubiyyət alıb.
Qeyd edək ki, Azərbaycan güləşçiləri Budapeştdə ümumilikdə 3 lisenziya qazanıb. Bununla da Tokio olimpiadasına vəsiqələrin sayı beşə çatıb.
Ölkəmiz Oyunlarda sərbəst güləşdə 65, 74 və 97 kq, qadın güləşində 50 kq, yunan-Roma güləşində isə 87 kq-da təmsil olunacaq.
Xatırladaq ki, sonuncu lisenziya yarışı - Dünya Olimpiya Təsnifat turniri 6-9 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Həmin yarışda da hər çəkidə ilk iki yerin sahibi ölkəsinə olimpiya lisenziyası qazandıracaq.
Bizim.Media