AFFA Ermənistan-Xorvatiya oyunundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək 

AFFA Ermənistan-Xorvatiya oyunundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək 

Hazırda oxunan: AFFA Ermənistan-Xorvatiya oyunundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək 

154730

AFFA “AVRO 2024”-ün seçmə mərhələsində Ermənistan və Xorvatiya yığmaları arasında keçirilmiş oyundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək. 

Bu barədə Bizim.Media-ya milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
 


MÖVZU İLƏ BAĞLI:

Ermənistan-Xorvatiya matçında Azərbaycana qarşı təxribat - VİDEO 

 


Onun sözlərinə görə, AFFA məsələ ilə bağlı bütün lazımi addımları atacaq: “Ermənilər ilk dəfə deyil ki, bu cür təxribata əl atırlar. Bununla bağlı bütün mümkün tədbirlər görüləcək”. 

Qeyd edək ki, İrəvanda baş tutan Ermənistan-Xorvatiya matçında ermənilər meydanın üzərində dron vasitəsilə Qarabağdakı separatçı rejimin “bayrağı”nı nümayiş etdiriblər.

Həmçinin erməni və xorvat azarkeşlər arasında kütləvi dava olub. 

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO