Futzal millimizin heyəti AÇIQLANDI 

Futzal millimizin heyəti AÇIQLANDI 

Hazırda oxunan: Futzal millimizin heyəti AÇIQLANDI 

154625

DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 15-də səfərdə Rumıniya, 5 gün sonra Bakıda Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.  

Bizim.Media xəbər verir ki, bu gün və sabah Bakıda hazırlıq keçəcək futzalçılarımız sentyabrın 13-də Bakı-İstanbul-Buxarest hava reysi ilə səfərə yollanacaq.  

İki gün ərzində oyunun keçiriləcəyi Buzau şəhərindəki Romeo lamadi arenada məşq edəcək komandamız matçın ertəsi gün Bakıya dönəcək.  

Sentyabrın 17-dən 20-dək hazırlığını Bakı İdman Sarayında reallaşdıracaq millinin baş məşqçisi Vitali Borisov təlim-məşq toplanışına bu futzalçıları dəvət edib:  

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan) Oyunçular: Xətai Bağırov, Amadeu, İsa Atayev, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe” Qazaxıstan), Amir Şocaei (“Neftçi” İK), Everton Kardoso “Qallo” (“Manzanares” İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA Belçika), Oktay Rüstəmli (“Baku Fire”). 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO